Siyasət 20:38 19.03.2013

Elmar Məmmədyarov suala cavab verməkdən niyə yayınıb?

Elmar Məmmədyarov ATƏT ofisinin mandatının məhdudlaşdırılması ideyasının şərhindən imtina edib

Bazar ertəsi Azərbaycan və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarovla Maya Pancikidzeninin görüşündə birgə enerji layihələri də daxil olmaqla, müxtəlif sahələrdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı müzakirə olunub. Bundan əlavə, nazirlər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı dəstəklədiklərini bildiriblər.

Danışıqlardan sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycan XİN rəhbəri Qəbələ RLS-in təhvil-qəbulunu şərh edərkən  deyib ki, iş birgə komissiyanın planına əsasən aparılır. Komissiyaya Azərbaycan tərəfdən Xələf Xələfov rəhbərlik edir. Nazir ümidvar olduğunu bildirib ki, proses yaxın zamanlarda başa çatacaq.

E.Məmmədyarov Azərbaycan hökumətinin ATƏT-in Bakı ofisinin mandatını məhdudlaşdırmaq təşəbbüsü barədə sualı şərh etməkdən yayınıb. “Mən öz məktubumda münasibətimi bildirmişəm”, - o qeyd edib (contact.az).