Maqazin 13:00 10.12.2019

Əməkdar artist 6 mərtəbəli villa tikdirir

Əməkdar artist Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "5/5" verilişində deyib.

"Deyir, elə bir ev tikdiririəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqcu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt bitəcək?" - deyə aparıcı soruşub.

Elnarə isə hələ evinin yarımçıq olduğunu söyləyib:

"Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəyəm".