Xəbər lenti

Maqazin 15:27 27.08.2020

Əməkdar artist Elnarə Abdullayeva bölməyə aparıldı

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.

Belə ki, Əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

Müğənni dəfələrlə keçmək üçün cəhd göstərsə də, mümkün olmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->