Xəbər lenti

Tramp Bayden administrasiyasını Gestapo adlandırdı
Dünya 21:34 05.05.2024

Tramp Bayden administrasiyasını Gestapo adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasını nasist Almaniyasının gizli polisi Gestapo rejimi ilə müqayisə edib.

Qaynarinfo bu barədə "NBC News"a istinadən xəbər verir.

"Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", deyə Tramp rəsmi naharda bildirib. 

O, barəsində aparılan cinayət işi üzrə məhkəmə prosesini şərh edib. "Baydenin komandası hesab edir ki, bu, onu yenidən prezident seçilə biləcəyi yeganə yoldur", deyə Tramp qeyd edib.

Keçmiş prezident həmçinin Baydeni ölkə tarixinin ən korrupsiyalaşmış prezidenti adlandırıb.

Əvvəllər Tramp dəfələrlə ona qarşı iddianın qarşıdan gələn seçkilərə müdaxilə olduğunu bildirib. Nyu-York məhkəməsi Trampa porno ulduz Stormi Daniels də daxil olmaqla iki qadına onların iddia edilən əlaqəsi barədə susmaq üçün pul ödəmələri ilə əlaqədar 34 iş sənədlərini saxtalaşdırmaqda ittiham olunduğu işə baxır. Trampa qarşı irəli sürülən ittihamların cəminə görə mümkün olan maksimum cəza 136 il həbsdir. Eks-prezident özü təqsirsiz olduğunu və işin başlanması üçün əsasın olmadığını bəyan edib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki yarışında əsas rəqiblər hazırkı dövlət başçısı, demokrat Co Bayden, eləcə də keçmiş Amerika lideri, respublikaçı Donald Trampdır. Artıq hər iki namizəd öz partiyalarından namizədliyini təmin etmək üçün ilkin səsvermə nəticəsində kifayət qədər nümayəndə səsi toplayıb və demək olar ki, bütün rəqibləri yarışdan çəkildiklərini bəyan ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->