Sənət 12:35 18.06.2014

Elnur Astanbəylidən Ramiz Rövşənə sərt cavab

Yazar Elnur Astanbəyli ötən gün AYB-nin qurultayında çıxış edərək Anara qarşı çıxanları tənqid edən şair Ramiz Rövşənə cavab verib. 

Qaynar.info xəbər verir ki, şəxsi feysbuk səhifəsində bu məsələyə münasibət bildirən yazar Ramiz Rövşəni sərt tənqid edib: "Ramizçik narahat olmasın, biz onun heç vaxt quşu olmadığı, olmayacağı yuvanın quşuyuq. Bəs o özü haranın bayquşudur?"

Xatırladaq ki, dünən yazıçıların qurultayında çıxışı zamanı şair Ramiz Rövşən Anara qarşı çıxanları tənqid edib.

"“Böyük rus şairi Pasternakın gözəl bir sözü var: “Bir adam ki, başqa bir adam haqqında nəsə söyləyirsə, o, özü hansı yuvanın quşu olduğunu göstərir. Anara da söz deyənlərin özləri nə yuvanın quşu olduğunu göstərirlər”, - deyə şair bildirib. 

R. Rövşən AYB sədrliyinə Anarın namizədliyini dəstəklədiyini də qeyd edib.

Qaynar.info