Elnur Əşrəfoğlunun son durumu açıqlandı

Elnur Əşrəfoğlunun son durumu açıqlandı

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Yeni klinikadan Qaynarinfo-ya bildirilib ki, jurnalistin vəziyyəti ağır-stabil olaraq qalır.

"Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

XƏBƏRLƏR
BLOGLAR
X