Xəbər lenti

Elnur Hüseynov "Eurovision"da Azərbaycanı təmsil edəcək
Sənət 22:55 20.02.2015

Elnur Hüseynov "Eurovision"da Azərbaycanı təmsil edəcək

Türkiyənin TV8 telekanalında sentyabrın 29-da başlayan "O Ses Türkiye" mahnı müsabiqəsinin qalibi azərbaycanlı müğənni Elnur Hüseynov olub. Və Elnur Hüseynov qazandığı bu uğur ilə indi də "Eurovision" manhı müsabiqəsində iştirak edə bilər.
Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin "Gazetevatan" saytı xəbər yayıb.

Həmin xəbərdə Elnur Hüseynovun seyircilərdən 1 milyonun üzərinde SMS səsi toplayaraq, yarışmanın 4 illik tarixində yeni rekorda imza atdığı da vurğulanır.

Eyni zamanda bildirilir ki, bu qələbədən sonra Azərbaycanın səlahiyyətli şəxsləri "O Ses Türkiye"dəki uğuru ilə diqqət çəkən Elnur Hüseynovu 2015-ci ilin may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə göndərmək qərarı veriblər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->