Repçi Elşad Xose rəqqasə Oksana Rəsulova ilə bugünlərdə aralarında yaşanan insidentdən, həmçinin narkotik vasitələrdən istifadəsindən danışıb.
"Qaynarinfo" baku.ws-ə istinadən qalmaqallı repçinin müsahibəni ixtisarla təqdim edir:
- Oksananı döydüyün deyilir. Həqiqət nə yerdədir?
- Mütəmadi olaraq aramız dəyir mübahisə edirik amma burda elə də şişirdiləsi bir şey yoxdur. Amma elə də ciddi söz-söhbət olmayıb.
- Narkotik qəbul etməyin arıqlamağına səbəb ola bilərmi?
- 2000-ci ildən mən mütəmadi olaraq narkotiklərlə dostluq edirdim. Sözsüz ki, müəyyən zamanları çıxmaq şərti ilə. 2 il, 3 il, 4 il aralı qaldım, tərgitmişdim.
Amma müəyyən anlarda fikir, depressiya gəlir yenə də narkotik məsələsi önə çıxır. Amma bu 17 il ərzində mən bu dərəcədə arıqlamamışdısa, demək ki, arıqlamağımın narkotikə dəxli yoxdur. Ola bilər ki, hər hansı bir təsiri var amma ümumi arıqlamağımın günahı narkotik deyil. Çünki dəfələrlə elə pis periodlar olub ki, elə həmin vaxtlarda arıqlayaradım.
- Ateistlikdən namaza keçid yolun necə oldu?
- Sözlərimi düz yozmayıblar. Amma Allaha sözsüz inanıram. Hər zaman da inanmışam. Dinlər, çərçivələr, fəlsəfələr bunlardan bir az uzağam. İndi kimdə Allahdır, kimdə Krişnadır, kimdə İsadı, kimdə nədi... Amma belə bir qüvvə var, bizi idarə edən bir qüvvə var. Biz ona tabeyik və biz onu dərk edə bilmərik. Çünki biz yaradılmışıq, o isə yaradandır. Yaradılan kəs yaradanını dərk edə bilməz.
- Həbsxanada sənə qarşı münasibət necə idi?
- Sizə deyim ki, utanılası bir şey də yoxdur, fəxr ediləsi də. Sadəcə olaraq həyat belə gətirdi ki, müəyyən zamanda mən həbs edildim. Mənim kimi yaradıcı insanın burda qazandığı 4 divar arasında təklikdə heç kəs sənə dəyib-dolaşmadan yaradılıcığın ilə məşğul ola bilirsən. Repertuarımda olan bir-iki tanınmış, xoşagələn mahnı var ki, ("Atalar Üçdən Deyib”, "Xüsüsən”) mən elə onu həbsaxanada yazmışam. 2007-ci ildə mən 8-10 gün həbsxanada oldum və soinra zaminə buraxıldım. Yadımda qalan o oldu ki, həmin ərəfələrdə çox böyük əks-səda doğuran məhkəmə-cinayət işləri var idi. Elə gətirdi ki, mənimlə üzbəüz kameralarda, eyni korpusda yetərincə tanınmış insanlar idi. Keçmiş nazirlər, generallar, rəislər... Mənim yaddaşımda maraqlı kimi qalan həmin elə o şəxslər olub. Çünki biz ünsiyyət qurub onlarla mütəmadi olaraq söhbətləşirdik. Həyatın bu gün yaşayırsan sabah bilmirsən nə olacaq qanunu özünü qabarıq halda orada göstərir.
- Karyeranı bitirməyi düşünürsən?
- Mən repə ümiyyətlə iş kimi yox hər zaman məşğuliyyət kimi baxmışam. Ona görə də, mən karyeramı bitirsəm də yenə də yazı-pozu ilə məşğul olacam. Amma bu yaxınlarda hesabat konserti ilə qarşınıza gələcəm. "Vida” konserti kemirmək istəyirəm. Artıq 20 ildir ki, səhnədəyəm və bu bütün 20 ili əhatə edən hesabat konserti verəcəm.
- Gündəmin nəbzini tutan "oyaq” reperlər kimlərdir?
- Miri Yusif zamanın nəbzini tutub və çox gözəl işləyit. Miri Yusif elə öncədən də işgüzar olub. Sadəcə Namiq Qaraçuxurlu kimi Miri Yusif də başa düşdü ki, repdən, meyxanadan bir şey çıxmaz. Mahnıya keçmək lazımdır.
- Gənc reperlərdən kimi qəbul edirsən?
- Okaber, Orxan "Qarabasma", özünü tanımasam da ekspert var və sözsüz ki, həyatda dostum "Dado” ləqəbli Səidimiz var.
- Gözlərindəki parıltı sanki sönüb. Buna səbəb nədir?
- Adətən o gözdəki parıltı ölümə yaxın halda itir. Həyatımın son dəqiqələrini yaşayan bir insan kimi görünürümsə əgər o başqa məsələ. Gözlərimdəki o qığılcım yoxdursa yəqin ki, yaxın gələcəkdə gələr.
Qaynarinfo.Az
Şərhlər