Sənət 16:40 15.01.2015

Elşən Gəncəvinin ilk kitabı işıq üzü gördü

Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələr toplusu nəşr olunub.

Qaynar.info xəbər verir ki, “Oxu-magiya” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş “Mesaj 2” layihəsi çərçivəsində çap edilib. 

Layihə rəhbəri – Nəcəfov Elşən Hökumət oğludur.

Layihənin əsas məqsədi gənclərin sosial məsuliyyətinin artırılması və ictimai bazanın yaradılmasında iştirakçı olmaqdır. “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təşkilatçılığı ilə regionlarda və Bakıda “İctimai Baxış” adlı keçiriləcək tədbirlərdə kitab geniş gənclər auditoriyalarına təqdim olunacaq.

Kitabın qiyməti sıfır manatdır.

Qaynar.info