Xəbər lenti

İdman 01:00 30.05.2021

"Çelsi" Çempionlar Liqasının ikiqat qalibi oldu

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, İngiltərənin "Çelsi" komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.

"Zadəganlar" finalda "Mançester Siti" üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. "Çelsi" isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.

Komandalar oyunu itkilərlə başa vurublar. "Çelsi"dən braziliyalı müdafiəçi Tyaqo Silva 37-ci, "Mançester Siti"dən isə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne zədələnərək, əvəzlənməli olub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->