İdman 14:46 09.04.2019

"Çelsi"nin futbolçusu həbs edildi

 
İngiltərənin "Çelsi" klubunun futbolçusu Dani Drinkvater həbs edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, futbolçu ötən gün "Range Rover"lə qəza törətib və onun içkili olduğu müəyyənləşib.

Hadisə zamanı 2 qadın və 1 kişi yüngül xəsarət alıb. 

29 yaşlı yarımmüdafiəçi pul qarşılığında şərti azadlığa buraxılıb. Məhkəmə prosesi 13 maya təyin edilib. 

Gülşən