Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib.
Qaynarinfo AMEA-nın saytına istinadən xəbər verir ki, texnika elmləri doktoru, professor Elton Məmmədov bu gün AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov çıxışında professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirib və onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib, alimə yeni işində uğurlar arzulayıb.
Sonda İşlər idarəsinin müdiri Elton Məmmədov ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Şərhlər