Əməkdar artist Elza Seyidcahan ARB kanalının "Söhbət var” verilişində qonaq olub.
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Dilarə Əliyeva Yeni il ab-havalı oyun keçirib. Şam ağacından zərf götürən Dilarə, Elzaya "Çastuşka” oxumalı olduğunu deyib.
Ekstravaqant sənətçi ona verilən tapşırığın öhdəsindən gəlib. Daha sonra Elza Seyidcahan rok üslubunda Yeni il mahnısını səsləndirib.
Onun bu çıxışları isə studiyada əyləşən tamaşaçılar tərəfindən maraq və gülüşlə qarşılanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər