Vətəndaşlar banklara əmanət yerləşdirərkən, onları ilk narahat edən sual, vəsaitlərinin banklar tərəfindən necə qorunması, əmanətlərinin sığortalanması ilə bağlı məslələrdir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan qanunvericiliyinə görə, əmanətlərin müəyyən hissəsi sığortalanır və sığorta hadisəsi baş verdiyi halda kompensasiya ödənilir.
Qorunan əmanətlərə sığortanən hansı hallarda və necə ödəniləcəyini, həmçinin sahibkarların hesablarının bu sistemə daxil olub-olmadığını Əmanətlərin Sığortalanması Fondu və qanunvericilik müəyyən edir.
Azərbaycan Respublikasında qorunan əmanətlər "Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilir.
Qanuna görə, qorunan əmanət sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunan vəsaitdir. Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.
Sığorta hadisəsi baş verdikdə, əmanətçinin Fondun iştirakçı bankı qarşısında vaxtı çatmış öhdəliyi olarsa, kompensasiya hesablanmış faizlər də daxil olmaqla ödənilir. Eyni zamanda, əmanətçinin bank qarşısında icra edilməyən öhdəlikləri varsa, onların hissəsi qorunan əmanət məbləğindən çıxılmaqla qalan hissə ödənilir.
Qanuna əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı bank hesablarındakı vəsaitlər də qorunan əmanətlərə daxildir. Belə ki, fərdi sahibkarların cari hesablarındakı 20 min manatadək vəsait sığorta olunur.
Qeyd edək ki, həm fərdi şəxslərin adi əmanətləri, həm də sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən olunmuş məbləğədək vəsaitlər qorunan əmanət hesab edilir və sığorta hadisəsi zamanı kompensasiya olunur.
Günay
Şərhlər