Ekonomiks 17:46 22.08.2013

Əmək haqlarının artımı nə qədər adama şamil ediləcək?

Azərbaycan Respublikası Prezidentinin 21 avqust tarixli sərəncamları ilə dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları, eləcə də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları 10 faiz artırılması 20 min nəfəri əhatə edəcək. 

Bu barədə Trend-ə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabr ayı üzrə əməkhaqqılar artırılmış formada veriləcəkdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 20 avqust tarixli sərəncamları ilə həyata keçirilmiş əməkhaqqı artımları da nəzərə alınmaqla, ümumilikdə 85 min nəfərə yaxın işçinin əməkhaqqında artım baş vermişdir.

Qaynar.info