Azərbaycanın Əməkdar artisti Rəfael İsgəndərov uzun illərdir itkin-şəhid Mikayıl Əliyevin yolunu gözlədiklərini bildirib.
	
"Report" xəbər verir ki, o, 33 ildən sonra nəşi tapılan mərhumun dəfn mərasimində Mikayılın onlar üçün həmişə böyük qardaş olduğunu söyləyib:
 
	
"Mikayıl həmişə bizə böyük qardaş olub, öyüd-nəsihət verib. Biz dəcəllik edəndə qulaqburması da verirdi. Bizim qeyri-müəyyənliyimiz vardı. Şükürlər olsun ki, nəşi tapıldı və bu gün dəfn edilir".
	
Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.
             
            
Şərhlər