Sənət 10:48 05.03.2020

Əməkdar artist ikinci əməliyyatdan çıxdı

Əməkdar artist, Kukla Teatrının sevilən aktyoru Rəhman Rəhmanov ikinci dəfə əməliyyat olunub.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. Onun sözlərinə görə, həkimlər bu dəfə onun öd küsəsini götürüb:

"Hazırda vəziyyət yaxşıdır. Amma öldüm-dirildim. 15 gündə iki dəfə əməliyyat masasına çıxdım. Bundan sonrası Allaha bağlı. Bir azdan xəstəxanadan evə gedəcəyəm”.

Rəhman Rəhmanov əməliyyat prosesində əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Rəhman Rəhmanovun vəziyyəti ağırlaşıb. Komaya düşən aktyorun on iki barmaq bağırsağının yolunu daş tutub. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən aktyorun hər iki əməliyyatının xərcini Heydər Əliyev Fondu ödəyib.

Bahar Rüstəmli