Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirib.
Qaynarinfo xəbər verir ki, o, artıq evə buraxılıb. Bəstəkarın müalicəsi ev şəraitində davam etdirilir.
T.Əkbərin həyat yoldaşı onun səhhəti barədə Oxu.Az-a açıqlama verib: "Hazırda ev şəraitində müalicə alır. Ancaq yeriyə və danışa bilmir. Əsas odur ki, həyatı üçün təhlükə yaradan mərhələni geridə qoyub. Siz zəng etməzdən bir az əvvəl ona sual verdim ki, beynində hansısa yeni melodiya var, hansı ki, səhhətin normallaşan kimi onun üzərində işləməyə başlayacaqsan. Başı ilə işarə etdi ki, var. O, danışa və yeriyə bilməsə də, ətrafında baş verən hadisələri anlayır, sözləri eşidir.
Tahir Əkbərin müalicəsi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə həkimlərin nəzarəti altındadır. Onun tezliklə sağalmasını gözləyirik”.
Şərhlər