Əməkdar artist Gövhər Rzayeva “Yeri gəlmişkən” verilişinin qonağı olub. Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, ailə həyatından bəhs edən qarmon ifaçısı maraqlı açıqlamalar verib.
O, qayınanasının məsləhətlərinə qulaq asmadığını etiraf edib: “O gəlin qayınana sözünə qulaq asar ki, əri onu ovcunun içində saxlayar. Mən ər çörəyi yeməmişəm. Əziyyət çəkmirdi, gecələr yuxusuz qalıb pul qazanmırdı. Mənə elçi gələndə bilirdilər ki, musiqiçiyəm. Ərə gələn gündən onlara hambal olmuşam. Pul qazanmışam, özüm-özümü sevindirmişəm. Uşağımı da öz pulumla dünyaya gətirmişəm.
Qayınananın nəyinə qulaq asım? Məni yoldaşımın xalası bəyənib almışdı. 2 il elçi gəlib-getdilər. Üç evin cehizin aparmışdım. Bir dəfə xaricə konsertə getmişdim. Qazandığım pulla övladlarıma hədiyyələr aldım. Evə gələndə gördüm ki, qayınanam da bizdədir. Oğlumun da, qızımın da hədiyyəsin verdim. Qayıtdı ki, bəs mənim övladıma heç nə almamısan? Dedim ki, mən ərə gəlmişəm, yoxsa arvad almışam? Ərim məni döyürdü. Evimizdən söz-söhbət əskik olmurdu. Bir gün qapını açdım ki, çıxın gedin bu evdən. Ərimi də, qayınanamı da evdən qovdum. Dözmək olmurdu. Gərək həyat yoldaşı arvadına dəstək olsun”.
Qaynar.info
Şərhlər