Əməkdar artistin evi əlindən alınıb

Əməkdar artistin evi əlindən alınıb

Əməkdar artist Fərqanə Qasımovanın evi əlindən alınıb.

Axşam.az xəbər verir ki, xanəndə bu haqda "Onun sirri" proqramında danışıb. O bildirib ki, gəlin köçdüyü ev ondan alınıb:

"Aldığım zərbələrdən biri də bu oldu ki, verilən sözün üstündə durulmadı. Övladlarımı dünyaya gətirdiyim, əziyyət çəkdiyim ocaq mənə verilmədi. Mənim gəlin getdiyim ocaq idi. Ağrılı, acılı, xoş günlərim orada oldu. O evi inkar etdilər. Bizim olanı bizdən aldılar, haqqımız olanı aldılar. Dedilər, siz bizim üçün yoxmuş kimi həyatınıza davam edin. 6-7 il evsiz atamın evində qaldıq. Çətinliklər var idi, evsizlik bizə zərbə vurdu. Bu mənzərələrdən keçmiş insan üçün danışmaq asan deyil. Bilərəkdən imza atdım, Allaha tapşırdım. İnsana pislik edən kim edər? Ona yaxın biri".

F.Qasımova "Uşaqların atasının ailəsi tərəfdən oldu" sualına "Yəqin ki... Elə oldu. Mən də o insana ata kimi baxırdım. Satılan, əldən gedənləri Allah bərpa edir. Əsas o deyil ki, əlimdən getdi. Sadəcə, bizə verilən dəyər, söz... İnsanı acıdan odur. Bu gün evim var, atamın dəstəyi ilə" reaksiyasını verib.
XƏBƏRLƏR
BLOGLAR
X