Video 13:52 28.10.2019

Əməkdar artistin evində 22 nəfər yaşayır (VİDEO)

ARB TV-nin efirində yayımlanan "Səhər-səhər” verilişinin növbəti qonağı əməkdar artist, müğənni Yusif Mustafayev olub.

Qaynarinfo xəbər verir ki, Yusif Mustafayev efirdə onun evi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. O bildirib ki, 2 mərtəbəli evi var və onun evində 22 nəfər adam yaşayır:

"Mənim çox pulum yoxdur, amma mənim pərdəarxası elə hərəkətlərim var ki, onu bir Allah bilir. Efirlər arxamızca gəzir, yazırlar ki, Yusifin evi var. 42 ildir sənətdəyəm, evim də olmasın? Mən harada yaşayım? İkimərtəbəli evim var, əcəb edirəm. Amma o evdə 22 nəfər adam qalır”.