Ölkə 10:09 28.03.2018

Əməkdar artistin yaxınını bıçaqladılar

Tanınmış xanəndə, əməkdar artist Sevinc Sarıyevanın yaxını bıçaqlanıb.

Qaynarinfo xəbər verir ki, müğənni özü bu haqda Milli.Az-a məlumat verib:

"Hadisə iki gün əvvəl Beyləqanda Xocavənd ərazisində baş verib. Bıçaqlanan qardaşımın oğludur. Belə ki, ixtisasca polis olan qardaşımın oğlu xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Hal-hazırda qardaşım oğlunun səhhəti normaldır. Bir neçə gün olar ki, mən də rayondayam. Məsələni diqqətdə saxlayıb, bizə köməklik etdiyinə görə Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə təşəkkür edirəm".