Ölkə 21:16 28.10.2020

Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam Faiq Abdullayev vəfat edib.

Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, o, bu gün 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində anadan olub. O, 2017-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar rəssam” fəxri adını almışdı.