XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu
Ölkə22:15 09.10.2026

Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni təyinat həyata keçirilib.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki,bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, uzunmüddətli zəngin təcrübəyə malik peşəkar mütəxəssis Emil Rəhimov DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, 2022-ci ildən bu təyinata qədər həmin idarənin rəis müavini vəzifəsində çalışıb və baş idarənin rəisi vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, E.Rəhimov peşəkar fəaliyyəti dövründə 2011–2017-ci illərdə Vergilər Nazirliyinin müxtəlif departamentlərində vergi müfəttişi, 2017–2022-ci illərdə Proqnozlaşdırma idarəsinin rəisi vəzifələrində işləyib.

Təhsilinə gəldikdə isə, o, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Marketinq və Kommersiya ixtisası üzrə bakalavr dərəcəsi alıb, 2025-ci ildə isə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında İctimai İdarəetmə üzrə magistr təhsilinə yiyələnib.