İdman 18:11 27.02.2020

Emin Abbasov "Sabah" klubundan istefa verdi

"Sabah"ın klubunun idman direktoru Emin Abbasov istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onun öz istəyi ilə tutduğu vəzifədən ayrıldığı bildirib. "Sabah" FK Abbasova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Emin Abbasov "Sabah" FK-da 2018-ci ildən çalışırdı.