Video 02:47 07.03.2019

Çempionlar Liqasında gözlənilməz nəticələr (VİDEO)

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, bu gecə iki qarşılaşma baş tutub.

PSJ azarkeşləri önünə 2:0 hesablı səfər qələbəsinin rahatlığı ilə çıxıb. Elə bu rahatlıq onların turnirdən getəsinə səbəb olub. Oyun başlayan kimi irəli atılan "Mançester Yunayted" Romelu Lukakunun qoluna sevinib. 10 dəqiqədə Xuan Bernat bərabərliyi təmin etsə də, 30-cu dəqiqədə Lukaku qonaqları yenidən önə keçirib. Sonadək mübarizəni davam etdirən inilislər əlavə vaxtda penalti qazanıb. Topa yaxınlaşan Markus Raşford "Mançester Yunayted"i 1/4 dinala daşıyan qola imza atıb. İki oyunun nəticəsində vurulan qolların sayı bərabər (3:3) olsa da, "qırmızı şeytanlar" səfərdə vurulan 3-cü qolun sayəsində mərhələ adlayıb.

Günün digər oyununda evdə 2:1 hesablı qələbə qazanan "Roma” "Portu”nun qonağı olub. Hesabı 27-ci dəqiqədə meysan sahiblərindən Françisko Soares açıb. 10 dəqiqə sonra Daniel De Rossi penaltidən bərabərliyi təmin edib.53-cü dəqiqədə Mussa Mareqa meydan sahiblərini yenidən hesabda önə keçirib. Əsas vaxtın sonunadək növbəti qol vurulmayıb və qalibi müəyyənləşdirmək üçün əlavə vaxt elan olunub. 117-ci dəqiqədə "Roma"nın qapısına penalti təyin olunub və Aleks Telles zərbəni dəqiq yerinə yetirərək "Portu"nu 1/4 finala çıxarıb.

Qeyd edək ki, iki oyun ötən axşam keçirilib. "Ayaks" "Real"ı, "Tottenhem" "Borussiya"nı (Dortmund) mübarizədən kənarlaşdıraraq 1/4 finala çıxıb.
 
Çempionlar Liqası
1/8 final 
Cavab oyunları

Portu (Portuqaliya) - Roma (İtaliya) 3:1
Qollar: Françisko Soares, 27. Mussa Mareqa, 53. Aleks Telles, 117-pen Daniel De Rossi, 37-pen.
Portu: İker Kasilyas, Eder Militao (Maksimiliano Pereyra, 103), Mussa Mareqa, Aleks Telles, Ektor Herrera (k), Xesus Korona (Yasin Brahimi, 69), Danilo, Otavio (Ernani, 94), Felipe, Françisko Soares (Fernando, 78), Pepe.
Roma: Robin Olsen, Ric Karsdorp (Alessandro Florenzi, 55), Xuan Xesus, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, İvan Markano (Brian Kristante, 77), Daniel De Rossi (k) (Lorenzo Pelleqrini, 45+4//(Patrik Şik, 96)), Nikolo Zaniolo, Steven Nzonzi, Kostas Manolas.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Portu. "Estadio do Dragao”. 


PSJ (Fransa) - Mançester Yunayted (İngiltərə) 1:3
Qollar: Xuan Bernat, 12 - Romelu Lukaku, 2; 30. Markus Raşford, 90+2-pen.
PSJ: 1. Canluici Buffon, Tyaqo Silva (k), 3. Presnel Kimpembe, Tilo Kehrer (Leandro Paredes, 70), Markuinyos, Marko Verratti, Kilian Mbappe, Angel Di Maria, Dani Alveş (Edinso Kavani, 90+5), Xuan Bernat, Julian Draksler (Tomas Meunyer, 70)
Mançester Yunayted: David de Gea, Viktor Lindelof, Erik Bailli (Dioqo Dalot, 36), Romelu Lukaku, Markus Raşford, Kris Smallinq, Andreas Pereyra (Tahit Çonq, 80), Fred, Eşli Yonq (k) (Mason Qrinvud, 87), Luke Şav, Skott Maktominay.
Baş hakim: Damir Skomina (Slovakiya).
Paris. "Parc de Prince”.