Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, mərasim UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.
Püşkatmada qrup səddini adlayan 16 komanda 8 cütlük təşkil edib. Qrup qalibləri və ikinci yer sahibləri fərqli səbətlərdə yer alıb. Bu mərhələdə eyni ölkədən olan və bir qrupdan çıxan komandalar bir-birinə rəqib olmyaıb.
Mərhələnin ən maraqlı cütlüyünü "Real"la "Mançester Siti" təşkil edib. Turnirin son qalibi "Liverpul" "Atletiko"ya rəqib olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.
Çempionlar Liqası
1/8 final
Borussiya (Dortmund, Almaniya) - PSJ (Fransa)
Real (İspaniya) - Mançester Siti (İngiltərə)
Atalanta (İtaliya) -
Valensiya (İspaniya)
Atletiko (İspaniya) - Liverpul (İngiltərə)
Çelsi (İngiltərə) - Bavariya (Almaniya)
Lion (Fransa) - Yuventus (İtaliya)
Tottenhem (İngiltərə) - Leypsiq (Almaniya)
Napoli (İtaliya) - Barselona (İspaniya)

Şərhlər