İdman 08:58 07.11.2019

Çempionlar Liqasında turun futbolçusu: 4 namizəd

Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.


Qaynarinfo xəbər verir ki, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.


Bunlar Aşraf Hakimi ("Borussiya” D), Rodriqo ("Real”), Son Xin Min ("Tottenhem”) və Keylor Navasdır (PSJ).


Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı noyabrın 8-də açıqlanacaq.