“Arsenal” və “Milan” ümidləri doğrultmadı.
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu gün İngiltərənin “Arsenal” klubu öz meydanında Almaniya çempionu “Bavariya”nı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Toni Kroos (54 dəq.) və Tomas Müller (88 dəq.) vurublar.
Digər qarşılaşmada “Milan” Madridin “Atletiko” klubu ilə üz-üzə gəlib.
Bu oyunda da qonaqlar qalib gəlib. “Atletiko” rəqibini Dieqo Kostanın 83-cü dəqiqədə vurduğu qol ilə 1:0 hesabı ilə məğlub edib.
Cavab oyunları martın 11-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
18 fevral (çərşənbə axşamı)
Arsenal (İngiltərə) - Bavariya (Almaniya) - 0:2
Qollar: Kross 54, Muller 88.
“Milan” (İtaliya) – “Atletiko” (İspaniya) - 0:1
Qol: Dieqo Kosta 83.
Qaynar.info
Şərhlər