Xəbər lenti

Alimlər yadplanetlilərin enerji ala biləcəyi 7 ulduz kəşf etdi
Dünya 23:00 18.05.2024

Alimlər yadplanetlilərin enerji ala biləcəyi 7 ulduz kəşf etdi

Alimlər Süd Yolu qalaktikasında anomal infraqırmızı şüalanma nümayiş etdirən yeddi ulduz kəşf etdiklərini iddia edirlər ki, bu da çoxdan proqnozlaşdırılan yerdənkənar enerji texnologiyasının əlamətlərini göstərir.

Qaynarinfo "İndependent"ə istinadən xəbər verir ki, bunlar yalnız son dərəcə texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyalar tərəfindən tikilə bilən "Dyson kürələri" adlanan və ulduzlardan enerji almaq üçün nəzərdə tutulmuş meqastrukturlardır.

Yunan od və metallurgiya tanrısının adını daşıyan "Hephaestus" adlı layihə tədqiqatçılara yerdən kənar enerji istehsalının əlamətlərini axtarmaq üçün yeni üsul kəşf etməyə imkan verib.

Məqalədə deyilir ki, alimlər Gaia DR3, 2MASS və WISE astronomik tədqiqatlarının məlumatlarını təhlil edərək, Süd Yolunda "Dyson kürələri"nə "namizədləri" müəyyən ediblər.

Onların aşkarlanması üçün bu cür radiasiyanın məlum təbii mənbələrinin heç birinə aid edilə bilməyən infraqırmızı şüalanmanın anomal artıqlığını nümayiş etdirən mənbələri aşkar etməyə yönəlmiş xüsusi bir proqram hazırlanıb.

Təxminən beş milyon mənbədən alınan məlumatları təhlil etdikdən sonra tədqiqatçılar potensial "Dyson kürələri" kataloqunu tərtib edib. Bu beş milyondan tədqiqatçılar potensial "Dyson kürələri" kimi yeddisinin üzərində dayanıblar.

"Biz "Dyson kürə" modellərimizə uyğun olaraq qeyri-müəyyən təbiətin infraqırmızı artıqlığını nümayiş etdirən yeddi görünən M cırtdanını kəşf etdik", deyə müəlliflər yazır.

Eyni zamanda, bu mənbələrin əsl mahiyyətini üzə çıxarmaq üçün mütləq əlavə təhlillərə ehtiyac olduğu vurğulanır.

"Dison kürələri" nədir?

"Dyson kürəsi" anlayışı ilk dəfə 1960-cı ildə fizik Friman J. Dyson tərəfindən təklif edilib. O, bir qabıq və ya cisim sürüsünün texnoloji istifadə üçün onun çıxışını tutaraq ulduzu əhatə edə biləcəyini təklif edib. Ağıllı həyatın varlığına dəlalət edən bu cür texnoimzaların axtarışı Yer kürəsindən kənarda sivilizasiyaların mövcudluğuna dair sübutlar kəşf etməyə çalışan elm adamları üçün əsas mövzu olub.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->