Afrika Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçından sonra baş vermiş sıxlıq nəticəsində 5 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, hadisə Anqolanın paytaxtı Luandada yerli "Primeyru di Aqoştu” və Konqo Demokratik Respublikasının "TP Mazembe” komandaları arasındakı qarşılaşmadan sonra baş verib.
Oyunu izləmək üçün stadiona 50 min azarkeş toplaşıb. Matçdan sonra bağlı qapıların gec açılması səbəbindən tamaşaçılar çıxışa doğru qaçmağa başlayıblar. Bu zaman böyük sıxlıq yaranıb. Bəzi şəxslərin polis atlarının ayaqları altında qaldığı bildirilir. Nəticədə 5 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Şərhlər