Xəbər lenti

Ən çox qazanan 10 milyarder (SİYAHI)
Ekonomiks 13:16 11.09.2019

Ən çox qazanan 10 milyarder (SİYAHI)

"Bloomberg" milyarderlərin qazanclarına dair son məlumatları paylaşıb.

Qaynarinfo xəbər verir ki, siyahıda ilk yerdə yenə də "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. İlk onluğu təqdim edirik:

1. Ceff Bezos 

"Amazon" rəhbərinin sərvəti 114 milyard dollardır. O, son dövrlərdə 149 milyon dollar itirib. Bezosun bu il ərzindəki itkisi isə 11 milyard dollardır.

2. Bill Qeyts

"Microsoft"un qurucusunun sərvəti 107 milyarda bərabərdir. O, son dövrlərdə 526 milyon itirsə də, ilin əvvəlindən 16,6 milyard qazanc əldə edib.

3. Bernard Arnolt

Fransız milyarder 449 milyon itki ilə üzləşib, lakin son 8 ay ərzində sahibi olduğu "LVMH"şirkəti 31,1 milyard dəyər qazanıb. O, hazırda 99,7 milyarda sahibdir.

4. Vorren Baffet

"Berkshire Hathaway" rəhbərinin sərvəti 81,5 milyard dollara bərabərdir. V.Baffet bu ilin əvvəlindən üzləşdiyi itkini 639 milyon azaldaraq 2,38 milyarda çatdıra bilib.

5. Mark Zükerberq

"Facebook" sosial şəbəkəsinin qurucunun hazırda 73,3 milyardı var. O, son dövrlərdə 271 milyon əldə etsə də, 2019-cu il ərzində 21,3 milyard itirib. 

6. Amansio Orteqa

"Zara" mağazalar şəbəkəsinin sahibi ispan milyarderin sərvəti 68,5 milyarda bərabərdir. O, bu 2019-cu ildə 9,89 milyard itirsə də, ötən həftələrdə 409 milyon qazana bilib.

7. Çarlz Kox

Məşhur Kox ailəsinin üzvünün 59,4 milyardı var. O, son olaraq 165 milyon itirib, lakin illik gəliri 36,6 milyarda bərabərdir.

8. Larri Ellison

"Oracle Corporation"ın rəhbəri sərvəti 58,9 milyarda çatıb. O, il ərzində itki ilə üzləşməyib və 9,63 milyard gəlir əldə edib.

9. Larri Peyc

"Google" şirkətinin rəhbəri 58 milyarda sahibdir. Peyc il ərzində 7,28 milyard qazanıb. Sərvətindəki son dəyişiklik isə -106 milyon dollardır.

10. Sergey Brin
 
"Google"un yaradıcılarından olan rus milyarder Sergey Brin 56,8 milyard dollar sərvətə sahibdir. O, son olaraq 80,2 milyon itirib, ilin əvvəlindən isə 6,98 milyard qazanıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->