Xəbər lenti

Ən çox satılan smartfonlar (SİYAHI)
Ekonomiks 23:25 16.11.2017

Ən çox satılan smartfonlar (SİYAHI)

"Canalys" analitik şirkəti cari ilin üçüncü rübündə ən çox satılan smartfonları açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, tədarükə görə birinci yeri 13 milyon ədəd həcmində satılan "iPhone 7" modeli tutub.

İkinci pillədə təxminən ikiqat fərqlə 7,9 milyonluq tədarük həcmi ilə "iPhone 6s" smartfonu qərarlaşıb. Sonrakı yerlərdə müvafiq olaraq 7,8 və 7,2 milyon tədarüklə nisbətən ucuz "Samsung Galaxy J2 Prime" və "Oppo A57", eləcə də təkmilləşdirilmiş "Oppo R11" modelləri qərarlaşıb.

Məlumata görə, "Apple" şirkəti rüb ərzində təxminən 46,7 milyon smartfon tədarük edib. Bunun 11,8 milyonu sentyabrda buraxılan yeni "iPhone 8" və "8 Plus" smartfonlarının payına düşüb.

Maraqlıdır ki, "iPhone 8 Plus" modeli "iPhone 8"-dən daha populyardır. Onların tədarük həcmi müvafiq olaraq 6,3 və 5,4 milyon təşkil edir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->