Xəbər lenti

Siyasət 18:04 28.11.2013

Ən dərin savaş

İdris HEYDƏRLİ 

Savaşların ən dərini din savaşıdır.

Rus imperiyalaşarkən din üzərindən dirçəldi. Bizans varisi olaraq "Üçüncü Roma" olmaq qərarını verdi.

Bizans qurularkən Konstantin nə etmişdisə, I Pyotr da onu etdi: həm dövlətin, həm də kilsənin rəhbəri oldu Çar.

15-ci əsrdən sonra Səfəviləşən və Osmanlılaşan İslam məzhəblərinin qarşıdurması yeni xristian gücün yaranmasına səbəb oldu.

Bu, Rusiya idi.

Səfəvinin Qərblə ticarəti məcburən Rusiya üzərindən aparılırdı. Bu ticarətin icraçıları isə yenə də Səvəfi ərazilərdə yaşayan xristianlar idi.

Vatikan Səfəvilərlə yaxınlıq edərək bu xristianları özünə bağlamağa çalışan ilk mərkəz olaraq təbliğə başlamışdı.

Səfəvi və Osmanlı ərazilərində yaşayan "Şərq xristianları" adlandırılan birliklər arasında düzən olmadığından Vatikan bu "xammal"dan öz ordusunu yaratmaq istəyən ilk mərkəz oldu.

Rusiya üzərindən ticarət isə Çarın işinə yaradı.

Səfəvi ərazilərində yaşayan xristianların hamisi olaraq, Provoslav kilsənin qərarı elan edildi. 

Səhv etmirəmsə, bu, 1600-cü illərdə oldu...

İlk dayaq nöqtəsi kimi gürcülər seçildi.

Şah Abbas zamanında gürcülərin Səfəvi sarayı ilə sıx bağlılığı erməni kimliyinin inşasına səbəb oldu.

Xristian erməni kimliyinin inşası Eçməzdin mərkəzinin güclənməsinə rəvac verdi.

Rus-Osmanlı müharibələrindən sonra Çar Osmanlıda yaşayan xristianlara da sahib çıxmaq barədə düşündü.

Beləliklə, erməni kimliyinin yaranması uğrunda savaşda qalib olan pravoslav kilsəsi Eçməzdində ilk olaraq Çara oxunan dua ilə kifayətləndi.

Katolik kilsə isə fərqli dəyişmələr istədiyindən fransızların bu yöndə apardıqları iş yarımçıq qaldı. 

15-ci yüz ildən sonra ilk erməni kimliyinin inşası yönündə kitablar məhz fransız araşdırmaçılar tərəfindən qələmə alınıb.

Xristian olaraq görünən ermənilər, əslində, ticarət mərkəzi funksiyasına sahib Kilsənin - Eçməzdinin bərpası ilə yəhudilərin bazar payının ortadan qaldırılması səbəbindən yarandı.

Yəhudilərin katolik Qərb dövlətlərində güvənli ticarəti əlaqələrinin olmaması və oturuşa bilməməsi ermənilərin işinə yaradı.

Davam edəcək...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->