Ölkə 11:40 30.01.2019

Ən təhlükəsiz ölkələrin siyahısı açıqlandı: Azərbaycan neçəncidir?

2019-cu ildə dünyanın ən təhlükəsiz ölkələrinin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, "Global Finance" jurnalının iqtisadi inkişafı və təbii fəlakət ehtimallarını nəzərə alaraq hazırladığı reytinqə 128 ölkə daxil edilib.

Ən təhlükəsiz ölkə İslandiya seçilib. Növbəti yerlərdə isə ardıcıl olaraq İsveçrə və Finlandiya qərarlaşıb. İlk "20-liy"ə İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya və Kanada kimi ölkələr də daxil olub.

Yüksək iqtisadi inkişafına baxmayaraq ABŞ bu siyahıda 65, tez-tez sunami və zəlzələ ilə üzləşən Yaponiya isə 43-cü sıradadır. Mütəxəssislər Rusiyanın son dövrlərdəki iqtisadi çətinliklərini nəzərə alaraq ölkəni 108-ci pillədə görüblər.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin adaları hesab edilib.

MDB məkanındakı ən təhlükəsiz ölkə Qazaxıstan seçilib. Bu ölkə siyahıda 44-cü pillədə qərarlaşıb. Sonrakı yerdə Moldova (46), Ermənistan (62), Tacikistan (68), Azərbaycan (71), Qırğızıstan (89), Rusiya (108), Ukrayna (116) özünə yer edib.