Azərbaycanda energetik içkilərin uşaqlara satılması qadağan ediləcək.
Bu, "Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, energetik içkilərin uşaqlara satılması, energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Bundan başqa, energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan ediləcək.
Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Şərhlər