Xəbər lenti

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq
Dünya 11:17 21.05.2024

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi qısamüddətli səhayət üçün Şengen vizalarının qiymətlərinin artdığını açıqlayıb. 

Qaynarinfo Sloveniya XİN-in bəyanatına istinadən xəbər verir ki, yeni qaydalar iyunun 11-dən bütün dünyada qüvvəyə minəcək. 

C tipli Şengen vizasının qiyməti 12% artacaq. Böyüklər üçün viza 90 avro, 12 yaşdan kiçik ərizəçilər üçün 45 avro olacaq. Altı yaşından kiçik uşaqlar üçün Şengen vizası yenə də pulsuz olacaq. 

Hazırda böyüklər üçün viza rüsumu 80 avro, 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 40 avro təşkil edir.

Avropa Komissiyası hər üç ildən bir Şengen vizalarının qiymətini inflyasiya və Avropa İttifaqında dövlət qulluqçularının orta maaşları əsasında nəzərdən keçirir. Şengen zonasına 27 Avropa ölkəsi daxildir. 

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->