Ərdəbildən Azərbaycana dəmir yolu: Bu yolun hansısa önəmi varmı? – Politoloq

Ərdəbildən Azərbaycana dəmir yolu: Bu yolun hansısa önəmi varmı? – Politoloq

"Ola bilər ki, Ərdəbildən Parsabada, oradan da Azərbaycana çəkiləcək dəmir yolu xəttinin siyasi əhəmiyyəti var, amma iqtisadi əhəmiyyətini anlaya bilmirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ərdəbildən Parsabada, oradan da Azərbaycana çəkiləcək dəmir yolu xətti ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Politoloqun sözlərinə görə, əgər həmin yol Astaradan gedib Azərbaycana birləşəcəksə, onun İran üçün heç bir əhəmiyyəti yoxdur:

"Bu yol mənim üçün qaranlıqdır. Mən bu yolun iqtisadi əhəmiyyətini anlamıram. Şimal-Cənub dəmir yolu dəhlizi Azərbaycan, Rusiya üçün daha önəmli, vacib və zəruridir”. 
 


Zərdüşt Əlizadə Sovet dövründə Azərbaycanla İran arasında dəmir yolu xəttinin olduğunu vurğulayıb:

"Bu, Azərbaycandan İran Culfasına keçən yol idi. Moskvadan başlayaraq Bakıdan keçib Mehri yolu ilə Naxçıvana, ordan da Culfaya gedirdi. İkincisi, Şimal-Cənub marşutu üzrə dəmir yolu çəkilir. Amma sonradan İrana qarşı sanksiyalar tətbiq edildiyindən bu layihələr dayandı. İran istəsəydi, həmin yolu öz hesabına tikər və bu yolun istismarından yaxşı qazanc əldə edərdi”.

Qeyd edək ki, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi bildirib ki, Ərdəbildən Parsabada, oradan da Azərbaycan Respublikasına dəmir yolu xətti çəkiləcək. 

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X