Xəbər lenti

Ərdoğan sərt danışdı
Siyasət 13:40 17.06.2013

Ərdoğan sərt danışdı

Ərdoğan kütlə qarşısında çıxışında artıq Gezi parkı və Taksim meydanının etirazçılardan təmizləndiyini təsdiqləyərək, ərazidə yaşıllaşdırma işlərinin aparıldığını bildirib.

O, “əsl ətraf-mühitçilər iş başındadır” deyərək, etirazçıların əslində özlərini yalandan ətraf-mühit fəalları kimi təqdim etməsinə eyham vurub. Ərdoğan əsl ətraf-mühitçilərin onun iqtidarda təmsil olunan partiyasının olduğunu vurğulayıb.

Baş nazir dünyanın aparıcı xəbər agentliklərinə kinayə dolu müraciət edərək, onları yalan xəbərlər yaymaqda ittiham edib.

“Burada yüz minlərlə insan var, amma onlar yandırıb-dağıdan deyillər. Onlar qırıb, ətrafı zibilləyən deyillər. Burada olan yüz minlərlə insan əllərində dəmir materiallar, daşlar alıb, xaincəsinə insanların üstünə atmırlar. Bu insanlar arasında əlini molotof kokteyli alıb, polis üzərinə atan, qarətlər həyata keçirənlər yoxdur”,- deyə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->