Xəbər lenti

Dünya 20:35 27.03.2018

Ərdoğan Türkiyə tarixində yeni rekorda imza atdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir vəzifəsində xidməti də daxil olmaqla 5492-ci gündür ki, hakimiyyətdədir.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Tne Economist"in Türkiyə üzrə müxbiri Piotr Zalevski "Twitter" hesabında yazıb.

O, 1938-ci ildə dünyasını dəyişən Mustafa Kamal Atatürkün 5491 gün vəzifədə olduğunu qeyd edərək, Ərdoğanın müasir Türkiyənin ən uzunmüddətli liderini də ötüb keçdiyini bildirib.
 
Çingiz Səfərli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->