"FETÖ-nin terror təşkilatı olduğu gün kimi aydındır. Bizim vəzifəmiz bu qruplaşmanın üzvlərinin təşkilat qarşısında hesabat vermələrini təmin etməkdir”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk-Amerika Milli İdarə Heyətinin təşkil etdiyi "Daha Adil Dünya Mümkündür” adlı konfransda çıxış edərkən deyib.
Türkiyə lideri ABŞ -dakı Türk vətəndaşlarından FETÖ-nün əsl üzünü amerikalı dostlarına söyləmələrini xahiş edib:
"FETÖ-nin terror təşkilatı olduğu gün kimi aydındır. Bizim vəzifəmiz bu qruplaşmanın üzvlərinin təşkilat qarşısında hesabat vermələrini təmin etməkdir. Buradan ürəkləri bizimlə döyünən bütün məzlumlara salamlarımı göndərirəm. Bu görüşü təşkil etdikləri və ürəkləri bir araya gətirdikləri üçün Türk-Amerika Milli İdarə Heyətinə təşəkkür edirəm. İki illik məcburi fasilədən sonra bu il yenidən sağlamlıq və rifah içində bir araya gəldik. Qardaşlarımız arasında olduğum üçün çox xoşbəxtəm. Qohumlarınızın, dostlarınızın və qardaşlarınızın salamlarını sizə çatdırıram. Türkiyədən gənc və qoca, qadın və kişi, 84 Milyonluq bacı -qardaşlarınızdan salamlarımı çatdırıram”.
Xəyal
Şərhlər