Ərdoğanın Şuşaya səfəri hansı məqsədi daşıyır? (ŞƏRH)

Ərdoğanın Şuşaya səfəri hansı məqsədi daşıyır? (ŞƏRH)

"Türkiyə Prezidentinin Azərbaycana səfərinin simvolik mənası var, amma eyni zamanda praktik nəticələr də yaradacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin pərdəarxası məqamlarından danışarkən deyib. Onun fikrincə, səfər həmçinin gələcəyə keçidlə bağlıdır:



"Azərbaycan öz ərazisini işğaldan azad etdikdən sonra Türkiyə Prezidenti Azərbaycana gəlmişdi. O, xüsusi məna daşıyan qələbə paradında iştirak etdi. İndi isə işğaldan azad edilən bir əraziyə getmək üçün gəlir. Yəni, onda da qələbəni qeyd etmək üçün gəlmişdi. Bu dəfə isə qələbəni Qarabağ zəfərinin simvolu olan ərazidə qeyd etmək üçün gəlir. Bu, prosesi geridə qoyduğumuzla bağlı mesaja keçiddir. 44 günlük müharibə dövründə müxtəlif yanaşmalar vardı. Ermənistan deyirdi ki, hələ heç nə bitməyib, guya fasilə götürülüb və s. Yəni, bu mərhələlər bitib və bununla bağlı bizim də mövqeyimiz var. Əsasən bu mövqeyi ortaya qoymaq üçün təşkil olunan səfərdir. İkincisi, səfər eyni zamanda gələcəyə baxışla bağlıdır”.

Onun sözlərinə görə, Ərdoğanın Şuşa səfəri Türkiyə-Azərbaycan münasibətlərindəki qardaşlıq və strateji tərəfdaşlıq ruhunu daim canlı saxlamağın göstəricisidir:

"Azərbaycan müharibə bitib demir, sadəcə deyir ki, biz gələcək qurmaq istəyirik. Gələcəyin bir istiqaməti işğaldan azad olunan ərazilərlə, bir istiqaməti Cənubi Qafqazla, digər bir istiqaməti isə Cənubi Qafqaz və qonşuları ilə bağlıdır. Hər üç müstəvidə Azərbaycanın baxışı var. Bu gələcəyə baxış Türkiyənin gələcəyə baxışı ilə xeyli dərəcədə üst-üstə düşür. Onun ilk işarələrini hər iki prezident müharibədən dərhal sonra vermişdi. Bakıda keçirilən qələbə paradı zamanı çıxışılarında da bu barədə demişdilər. İndi isə Şuşaya birgə gedərək bunu bir daha nümayiş etdirəcəklər”.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR