Xəbər lenti

Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı
Dünya 22:27 09.12.2024

Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı

"Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı”.


APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.


Dövlət başçısının sözlərinə görə, O, Suriyaya təsir edən güclü dəyişiklik küləyinin bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı nəticələrə gətirib çıxaracağına inanıb.


Ərdoğan Türkiyədəki suriyalıların könüllü şəkildə ölkələrinə qayıdışının başladığını da vurğulayıb.


"Tıxacın qarşısını almaq və nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün Yayladağı sərhəd keçid məntəqəsini də açırıq”, - Ərdoğan əlavə edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->