Xəbər lenti

Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur
Siyasət 20:53 31.10.2025

Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur.

"Report" xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

Türkiyə-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən nazir müavini bildirib ki, gənclər mövcud əlaqələri daha da genişləndirməlidirlər:

"Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz "Qarabağ Azərbaycandır" deyə səsimizi ucaldırdıq və bu gün isə "Qəzza Fələstindir" deyirik".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->