Maqazin 11:47 03.03.2015

Əri azərbaycanlı müğənnini evdən qovub - ŞOK İTTİHAMLAR

Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı agır ittihamlar səsləndirib. İlham Qafarov ATV.az-a açıqlamasında müğənnini onun barəsində yalan xəbərlər yaymaqda ittiham edib:

“Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şayiələr yayır? Hamı bilir ki, mən onu sənətdə qaldırmaq üçün, “raskrutka” etmək üçün öz işimi atıb Laləyə prodüserlik etməyə başladım. Onun bütun nailiyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimdən qovmuşam! Biz boşananda öz maşınımı 50 min dollara satıb, 43 minini ona verdim ki, özünə ev alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı çıxacaq, amma Lalə nəinki başsağlığı verməyib, hətta öz valideyinlərinə belə bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq ediblər. Lalə heç bizim qızımıza da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və bu gündə o qızımın mənə qarşı “beynini doldurur”. Sonra durub efirdə danışır ki, “iki uşağı tək böyütmək necə çətindir”. Mənə “sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”

Qaynar.info