Ölkə 11:44 28.01.2020

Ərinin işgəncələrindən qaçan Əfsanə İsayevadan yeni xəbər

"Anası Əfsanəni sığınacaqdan aparmaq istəyirdi, lakin qızı ona rədd cavabı verdi".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə 3 uşağı ilə əri tərəfindən ağər işgəncələrə məruz qalaraq evdən qaçan 26 yaşlı Əfsanə İsayevadan danışarkən bildirib. 

Onun sözlərinə görə, Əfsanə ərinə qarşı cinayət işi qaldırmaq əvəzinə normal boşanma iddiasını ortaya qoymalı idi: 

"Anası bizim sığınacaqda bir gecə qaldı. Səhəri gedəndə qızına dedi ki, "uşaqları da götür gedək evimizə”. Əfsanə də razılaşmadı. Əfsanə hazırda psixoloq yanına gedir. Bildiyimə görə, əri də psixoloqdan müalicə alır. Amma ərinə qarşı cinayət işi açılıb. Bu artıq ciddi məsələdir. Əfsanənin əri istər psixoloq yanına getsin, ya da getməsin, bu vəziyyəti dəydirməyəcək. Ən azı ona şərti cəza veriləcək. Maraqlıdır, bundan sonra alimenti necə ödəyəcək? İnsan məsuliyyətini dərk etməlidir. Bu ailənin bir araya gəlməsi qeyri-mümkündür". 

Qeyd edək ki, bir müddət öncə Xızı rayonunda ana və 3 övladı itkin düşüb. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmamasını bildirib.  

Bahar Rüstəmli