Erməni əsir ailələrinə demək lazımdır ki, bunu tələb etsinlər:

Erməni əsir ailələrinə demək lazımdır ki, bunu tələb etsinlər: "Hamının hamıya..."

Ermənistan narahatdır ki, Azərbaycan Qələbə paradında onlardan əldə etdiyimiz hərbi texnika ilə yanaşı, erməni hərbi əsirləri də nümayiş etdirəcək. Artıq İrəvandakı bütün böyük dövlətlərin səfirlikləri qarşısında piket keçirmək qərara alınıb, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, Rusiya prezidentinə müraciətlər edilir, bunun Cenevrə konvensiyasına zidd olması bildirilir.

Maraqlıdır ki, ermənilər azərbaycanlılara qarşı etdiyi vəhşilikləri unudublar. 17 fevral 1992-ci ildə Arabo və Aramo dəstələri Martuni rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal edib yandırmışdılar. O zaman yerli məktəbdə bir neçə nəfər diri-diri yandırılmışdı. 118 yerli sakin əsir götürülmüşdü. Onları Xankəndiyə apararkən yolüstü dayanıb hər bir erməni kəndinin qarşısında bir neçə adamı güllələyirdilər. Bundan əlavə, bir neçə yaralını silos quyusunda diri-diri basdırımışdılar.

Sonra 54 əsir kişini alt paltarında avtomat lüləsi atında, camaat ələ salaraq Xankəndi küçələrində yeridirdilər. Əsir götürülmüş qaradağlılardan ancaq 8 nəfəri dəyişdirib geri qaytarmaq mümkün olub.

Qaradağlı faciəsindən başqa Malıbəyli, Xocalı, Ağdaban, Meşəli və digərləri də vardı. Hər yerdə ermənilər eyni şeyi ediblər. 
Bu baxımdan ermənilərin narahatlıqları başa düşüləndir. 

Rəsmi Bakı isə baş verənlərə hələlik reaksiya verməyib. Mütəxəssislər hesab edir ki, erməni əsirlərin paradda nümayiş etdiriləcəyi inandırıcı deyil. Amma ermənilərin dediyi kimi, həmin şəxslər həqiqətən də varsa, onları Ermənistan və Qarabağda saxlanılan minlərlə azərbaycanlıya dəyişmək lazımdır.
 
Ermənistandan siyahı üzrə itkin düşmüş 5 min nəfərdən çox əsirimizi qaytarmaq tələb olunmalıdır. Erməni əsirlərin ailələrinə demək lazımdır ki, onlar öz hökumətlərindən bunu tələb etsinlər və "hamının hamıya" prinsipi ilə əsirlər qarşılıqlı surətdə geri qaytarılsınlar…

Orxan Əhmədli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR