Siyasət 22:32 06.08.2014

Erməni nazir Azərbaycana gəldi

Bu gün qondarma Dağlıq Qarabağ respublikası Prezidenti Bako Sahakyan Ermənistan Müdafiə naziri Seyran Ohanyanı qəbul edib.

Axar.az xəbər verir ki, görüş Dağlıq Qarabağda keçirilib.
 
Görüşdə əməkdaşlıq məsələləri, cəbhədəki durum müzakirə edilib. Qondarma respublikanın Müdafiə naziri Movses Xakobyanın da görüşdə iştirak etdiyi, ordu quruculuğu sahəsində bir sıra məsələlərin gündəmə gətirildiyi qeyd edilib.

Qaynar.info