Ermənistan Ordusunda kütləvi zəhərlənmə olub.
APA-nın bildirdiyinə görə, bu barədə «Aykakan Jamanak» qəzeti məlumat yayıb.
Kütləvi zəhərlənmə 4 gün əvvəl Ararat şəhərində yerləşən hərbi hissədə baş versə də Ermənistan Müdafiə Nazirliyi faktı ictimaiyyətdən gizlədib.
Hadisə nəticəsində hərbi hissədə xidmət edən 40-dan artıq hərbçi zəhərlənib. Zəhərlənmənin əsgərlərə verilən toyuq ətindən olduğu bildirilib.
Qaynar.info
Şərhlər