Dünya 12:00 17.10.2013

Erməni ordusunun kapitanı öldü


Ermənistan ordusunun 4 hərbçisi minaya düşüb.

Qaynar.info
erməni mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda oktyabrın 16-da baş vermiş mina partlayışı nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam bölüyünün komandiri kapitan Gevork Mnaçakanyan ölüb.

Digər 3 hərbçi - baş leytenant Qaruş Ambarsumyan, əsgər Narek Akopyan və müqavilə ilə hərbi xidmət edən Edqar Arutunyan yaralı vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qaynar.info